Ukrayna səfiri Azərbaycan Prezidentinə təşəkkür edib

14:30 - 13 Avqust 2025 - Xəbər

Ukrayna səfiri humanitar yardıma görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bunu Ukrayna səfiri Yuri Husyev Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımın göndərilməsi münasibətilə keçirilən tədbirdə deyib.

Yuri Husyev Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

Xəbər xətti