Almaniyalı Yoahim Löv futbol üzrə Özbəkistan millisinin baş məşqçisi olmaqdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, Lövlə Özbəkistan Futbol Assosiasiyasının nümayəndələri arasında danışıqlar Özbəkistanın Berlindəki səfirliyinin köməyi ilə aparılıb, lakin bir neçə günlük müzakirələrdən sonra löv təklifdən imtina etmək qərarına gəlib.
Qeyd olunur ki, iki tərəf arasında şəxsi görüş olmayıb.
Oe24 qəzeti daha əvvəl Löv ilə Özbəkistan Futbol Assosiasiyası arasında aparılan danışıqlar barədə məlumat vermişdi. Komandanın hazırkı çalışdırıcısı Timur Kapadze, nəşrin qeyd etdiyi kimi, almaniyalının məşqçilər korpusuna daxil ola bilər.
Lövün 65 yaşı var. Onun son iş yeri 2006-2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisi olub.