Trampdan üçtərəfli görüşlə bağlı PAYLAŞIM

22:27 - 12 Avqust 2025 - SİYASƏT

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşünün görüntülərini əks etdirən video yayımlayıb.

Ucnoqta.az xəbər verir ki, videoda liderlərin çıxışlarından parçalar yer alıb.

“Ermənistan və Azərbaycan arasında həqiqətən tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, - Tramp bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Trampa nizamlanmaya verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.

“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, - o deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, bu böyük nailiyyət Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur.

Xəbər xətti