Putin Paşinyanla telefonla danışıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla söhbətinin nəticələri və ABŞ prezidenti Donald Trampla Alyaskada görüşə hazırlıq barədə danışıb.
Ermənistanın baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.
Həmçinin, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə Rusiya dövlət başçısına ətraflı məlumat verib.