Netanyahu və Tramp Qəzzada HƏMAS-ı müzakirə ediblər

23:28 - 10 Avqust 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp Qəzza zolağında Fələstin HƏMAS hərəkatının qalan qalalarının ələ keçirilməsi planlarını müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 10-da Ynet portalı baş nazirin ofisinin bəyanatına istinadən məlumat yayıb.

“Onlar girovları azad etməklə və HƏMAS-ı məğlub etməklə müharibəyə son qoymaq üçün İsrailin Qəzza zolağında HƏMAS-ın qalan qalalarına nəzarəti ələ keçirmək planlarını müzakirə ediblər”, - nəşr yazır.

Qeyd olunur ki, Netanyahu söhbət zamanı Amerika liderinə münaqişənin lap əvvəlindən göstərdiyi “sarsılmaz dəstəyə” görə minnətdarlığını bildirib.

Xəbər xətti