Britaniyaya məxsus beşinci nəsil F-35B qırıcı təyyarəsi Kyuşu adasındakı Kaqosimadakı mülki hava limanına məcburi eniş edib.
Ucnoqta.az bildirir ki, bu barədə Kyodo agentliyi məlumat verib. Məlumata görə, onun uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və bu, uçuş cədvəlini pozub.
Təyyarə Britaniyanın “Prince of Wales” aviadaşıyıcısının göyərtə aviasiyasının bir hissəsidir və hazırda gəmi müşayiət gəmiləri ilə Yaponiya ərazisindədir. Bu daşıyıcı qrup Yaponiya Hərbi Dəniz Qüvvələri ilə təlimlər keçirir.