İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın cənubunda Aytarun-Aynata magistral yolu ilə hərəkət edən avtomobili atəşə tutub və nəticədə "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərindən biri həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky News Arabia” Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarə ona üç raket ataraq avtomobili tamamilə məhv edib. Qeyd olunur ki, öldürülən komandir Hadi Əli Xanafir Radvan xüsusi təyinatlılarına mənsub olub. Bundan əvvəl də ona qarşı bir neçə sui-qəsd cəhdi olub.