Metroda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək

13:00 - 8 Avqust 2025 - Cəmiyyət

Bakı metrosunda yeni doğulmuş körpə metronun bir növ “xüsusi sərnişini” olacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", - deyə məlumatda bildirilib.

Xəbər xətti