Putinlə Trampın görüşünün yeri razılaşdırılıb

12:03 - 7 Avqust 2025 - DÜNYA

Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, sammit artıq işlənməyə başlayıb.
Putinlə Trampın görüşünün yeri də razılaşdırılıb və bir az sonra açıqlanacaq.

“Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni prezident Vladimir Putinlə Donald Tramp arasında görüşün keçirilməsinə dair prinsipial razılaşma razılaşdırılıb”, - diplomat bildirib.

“İndi biz amerikalı həmkarlarımızla birlikdə konkret məsələlər üzərində işləməyə başlayırıq”, - deyə Uşakov əlavə edib.

Xəbər xətti