Tramp NASA-nın iki missiyasını ləğv etmək istəyir

08:23 - 7 Avqust 2025 - DÜNYA

Prezident Donald Trampın administrasiyası ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) istixana qazlarının emissiyalarını izləmək üçün iki missiyasını dayandırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Söhbət 2014 və 2019-cu illərdə buraxılmış OCO-2 və OCO-3 missiyalarından gedir. OCO-2 peykinin vəzifəsi karbon qazının Yer ətrafında necə hərəkət etdiyini və zamanla dəyişdiyini öyrənməkdir.

OCO-3 orbital karbon rəsədxanası Beynəlxalq Kosmik Stansiyada yerləşir və həmçinin atmosferdəki karbon qazının tərkibinə nəzarət edir. Agentliyin məlumatına görə, Trampın 2026-cı il üçün büdcə sorğusunda qeyd olunan layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Onlar "prezidentin gündəliyinə və büdcə prioritetlərinə uyğun olaraq" bağlanacaqlar.

Xəbər xətti