Zirənin bəzi hissələrində işıq olmayacaq

10:46 - 7 Avqust 2025 - Xəbər

Bu gün Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər xətti