Cənubi Koreya sərhəddə səsgücləndiriciləri söküb

11:54 - 6 Avqust 2025 - DÜNYA

Koreya Respublikasının silahlı qüvvələri sərhəddə KXDR-ə qarşı təbliğat xarakterli yayımlar üçün nəzərdə tutulan stasionar səsgücləndiricilərin sökülməsini başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbçilərə istinadən məlumat yayıb.

Məlumata görə, avqustun 5-də yerli vaxtla 20 qurğunun hamısı çıxarılıb. Silahlı qüvvələr bu işə avqustun 4-də başlayıb.

 

Xəbər xətti