Bakı və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb

18:19 - 5 Avqust 2025 - Xəbər

Nəsimi rayonu ərazisində yerləşən avtoservislərin birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, orada çalışan ustanın çantasından 5000 manat pul vəsaiti oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı F.Kamallı müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində isə qeydə alınan oğurluq hadisəsi zamanı ticarət mərkəzlərinin birindən 525 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Kərimova da saxlanılıb.

Bundan başqa, Abşeron rayonunda vətəndaşın itirdiyi bank kartından 3014 manatını oğurlamaqda şübhəli bilinən 24 yaşlı İ.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti