Messinin yüngül əzələ zədəsi var

15:07 - 4 Avqust 2025 - İDMAN

Argentinalı hücumçu Lionel Messinin sağ ayağında yüngül əzələ zədəsi var.

Ucnoqta.az xəbər verir ki, bu barədə "İnter Mayami"nin saytında məlumat yayılıb. Qeyd olunur ki, Messi avqustun 3-də "Nekaxa" ilə Kral Kuboku matçının 11-ci dəqiqəsində əvəzlənib.

Klub 38 yaşlı kapitanın geri qayıtması üçün vaxtı açıqlamayıb və bunun Messinin müalicəyə necə reaksiya verməsindən asılı olduğunu qeyd edib.

“İnter Mayami” növbəti oyununu avqustun 7-də Meksikalı “Puma”ya qarşı keçirəcək.

Xəbər xətti