İmişlidə 2 avtomobil toqquşub - xəsarət alanlar var

14:16 - 5 Avqust 2025 - ÖLKƏ İÇİ

İmişli rayonunda 2 minik avtomobili toqquşub.

Ucnoqta.az xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti