Füzulidə 6 otaqlı ev yanıb.
Bu barədə Ucnoqta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Aşağı Kürdmahmudlu kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin taxta atmaları 40 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.