Beynəlxalq ictimaiyyət radikallar tərəfindən saxlanılan girovların azad edilməsi və Qəzza zolağında müharibənin dayandırılması üçün Fələstinin radikal HƏMAS hərəkatına təzyiq göstərməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında deyib.
İsrailin xarici işlər naziri qeyd edib ki, bəzi ölkələr danışıqların çətin günlərində İsrailə təzyiq edərək, anti-İsrail kampaniyası apararaq və faktiki Fələstin dövlətinin tanındığını elan etməklə HƏMAS-a deyil, İsrailə təzyiq göstərirdilər".
“Onlar HƏMAS-ı səxavətlə mükafatlandırdılar və onu bu müharibəni davam etdirməyə təşviq etdilər, girov müqaviləsini və atəşkəsi birbaşa pozdular, bu ölkələr müharibəni uzatdılar”, o əlavə edib.