"WhatsApp" 6,8 milyon hesabı bloklayıb

10:39 - 6 Avqust 2025 - Cəmiyyət

2025-ci ilin ilk altı ayında WhatsApp messencerində fırıldaqçılarla əlaqəli 6,8 milyondan çox hesab bloklanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Meta” korporasiyasının mətbuat xidməti məlumat yayıb.

"Biz insanlara fırıldaqçılığı müəyyən etməyə və ünsiyyətdə təhlükəsizliyi təmin etməyə kömək edəcək yeni WhatsApp alətlərini təqdim edirik. Biz həmçinin fırıldaq mərkəzləri ilə əlaqəli 6,8 milyondan çox WhatsApp hesabını blokladıq", - press-relizdə deyilir.

Qeyd olunur ki, cinayətkar qrupların nəzarətində olan bu mərkəzlərdə tez-tez məcburi əmək tətbiq edilir və onlar əsasən Cənub-Şərqi Asiyada yerləşir.

Şirkət xəbərdarlıq edir ki, fırıldaqçılar eyni sxem üzrə fəaliyyət göstərirlər - onlar kriptovalyuta və ya başqa maliyyə piramidasına investisiya etməyi təklif edirlər, məsələn, TikTok-da bəyənmələrə görə pul əldə etmək, böyük gəlirlər vəd edir. Ancaq onları almaq üçün "avans ödəmək" lazımdır, əks halda fürsət əldən düşəcək. İnsanlar pullarını belə itirirlər.

Xəbər xətti