Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcək

11:54 - 7 Avqust 2025 - Xəbər

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi paradda ölkəmizi Azərbaycan Ordusununun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

Xəbər xətti