Tayvan sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

12:24 - 7 Avqust 2025 - DÜNYA

Tayvanın şərqində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Keelunq şəhərindən 140 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 105 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti