Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tovuz rayonu, Öysüzlü kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Anar Süleyman oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.
Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qida obyektində 24 müxtəlif əmtəə nişanlı, ümumi miqdarı 43.4 litr olmaqla 54 ədəd saxtalaşdırılmış araq məhsulu aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və vöen) müəyyən olunub.
Faktla bağlı ictimai iaşə müəssisəsinin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhsullardan nümunə götürələrək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Qeyd olunan məhsulların satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.