Fransada ən böyük mobil operatora kiberhücum: 6,4 milyon nəfərin məlumatları oğurlandı

14:37 - 7 Avqust 2025 - DÜNYA

Fransanın ən böyük mobil operatorlarından biri olan "Bouygues Telecom" kiberhücuma məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir. Qeyd olunur ki, hakerlər 6,4 milyon müştərinin şəxsi məlumatlarını oğurlayıblar.

Şirkət mütəxəssislərinin baş vermiş hadisə ilə bağlı Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyasını xəbərdar etdiyini və məhkəmələrə şikayət etdiyini vurğulayıb.

Xəbər xətti