Tanınmış idmançıya FHN-də VƏZİFƏ VERİLDİ

20:45 - 7 Avqust 2025 - Xəbər

Məşhur idmançıya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

Pauerliftinq üzrə dünya və Avropa çempionu olmuş Rövşən Məqsəd oğlu Xəlilov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin döyüş və xüsusi hazırlıq idarəsinin fiziki hazırlıq şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş R.Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır. ///Oxu.az 

Xəbər xətti