"Mançester Yunayted" 22 yaşlı sloveniyalı üçün 100 milyon ödəyəcək

21:02 - 7 Avqust 2025 - İDMAN

Sloveniyalı hücumçu Benjamin Sesko RB Leypsiqdən "Mançester Yunayted"ə keçəcək.

Ucnoqta.az xəbər verir ki, ESPN və insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat verib.

22 yaşlı Sloveniya millisinin oyunçusunun transferi, Alman klubunun şərtlərini mümkün hesab etdiyi bonuslar daxil olmaqla, "Mançester Yunayted"ə 85 milyon avroya (99 milyon dollar) başa gələcək. ESPN qeyd edir ki, tərəflər gələcəkdə yoldaşlıq oyunu keçirmək barədə də razılığa gəliblər.

Futbolçunun müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Xəbər xətti