Yaponiyalı boksçu aldığı xəsarətlərdən 28 yaşında vəfat edib

15:18 - 10 Avqust 2025 - Xəbər

Yaponiyalı boksçu Hiromasa Urakava avqustun 2-də Tokioda keçirilən turnirdə döyüşdən sonra aldığı xəsarətlərdən 28 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Təşkilatının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Urakava səkkizinci raundda Yoji Saitoya nokautla məğlub olub, on qələbə ilə karyerasında dördüncü məğlubiyyətini alıb. BBC-nin məlumatına görə, Urakava subdural hematoma səbəbindən əməliyyat olunub, lakin sonda dünyasını dəyişib.

Bundan əvvəl turnirin daha bir 28 yaşlı iştirakçısının - Şərqi və Sakit Okean Boks Federasiyasının (OPBF) super yüngül çəki dərəcəsində titulu uğrunda döyüşmüş Şiqetoshi Kotarinin ölümü ilə bağlı məlumat yayılmışdı.

Həmyerlisi Yamato Hata ilə 12 raundluq döyüşdə heç-heçə edən Kotari huşunu itirib və beyin qanaması ilə xəstəxanaya aparılıb.

Xəbər xətti