Kaliforniya Universiteti 1 milyard dollar tələbini rədd edib

15:15 - 10 Avqust 2025 - DÜNYA

Kaliforniya qubernatoru Qavin Nyusomun ofisi Tramp administrasiyasının Ağ Evlə mübahisəni həll etmək üçün Los-Ancelesdəki Kaliforniya Universitetindən 1 milyard dollar tələbini rədd edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, qubernator həmçinin hökumətin Kaliforniya ştatının təmin etməyəcəyi tələbini siyasi qəsb adlandırıb.

Qeyd olunur ki, Kaliforniya Universiteti daha əvvəl hökumətin Fələstinə dəstək nümayişləri səbəbilə universitetə ayrılan maliyyəni dayandırmasından sonra Tramp administrasiyasının 1 milyard dollar təzminat təklifini nəzərdən keçirdiyini bildirib.

Xəbər xətti