FTB əməkdaşları Vaşinqton küçələrində

00:30 - 11 Avqust 2025 - DÜNYA

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ paytaxtında cinayətkarlıqla mübarizədə Vaşinqton polisinə kömək etmək üçün 120-yə qədər əməkdaşını göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Onların məlumatına görə, küçələrdə patrul xidmətinə əks-kəşfiyyatçılar, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları və büronun digər şöbələrinin şəhərin küçələrində xidmət üçün minimum hazırlığı olan əməkdaşları cəlb olunub.

Nəşr qeyd edir ki, FTB rəhbərliyinin belə qərarı büro əməkdaşlarını adi işlərindən yayındırır.

Xəbər xətti