Britaniyalı supermodel Naomi Kempbell idman zalına açıq-saçıq formada gəlib.
Ucnoqta.az xəbər verir ki, müvafiq foto onun İnstaqram səhifəsində yayılıb.
55 yaşlı model güzgüdə özünü çəkərək, məşq zamanı geyimini kamera qarşısında nümayiş etdirib. Belə ki, məşhur Nike brendindən olan ağ büstqalter və ultra qısa ətəkdə pozalar verib.
O, idman ayaqqabısı və əlcək geyinib. Zinət əşyaları kimi podium ulduzu bilərziklər və kulonlu nazik zəncirlər seçib.