“Yüksəliş”in qalibinə nazirlikdə yeni vəzifə verildi

11:46 - 11 Avqust 2025 - Xəbər

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Faiq Hüseynov yeni vəzifəyə təyin olunub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, o, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

F.Hüseynov bu vəzifəsinə qədər, Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin o, 2021-ci ildən 1 il öncəyə qədər “Səba” ASC-də müxtəlif vəzifələrdə işləyib.

Xəbər xətti