Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda "Şkendiya"nı qəbul edib.
Qarşılaşma Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" bu hesabla Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
xatırladaq ki, Şimali Makedoniyada keçirilən ilk görüşdə köhlən atlar rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
12 avqust
UEFA Çempionlar Liqası
3-cü mərhələ, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1
Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1)
İlk oyun - 1:0
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu