Məşhur amerikalı reper Lil Pump avtomobil qəzasına düşüb.
Ucnoqta.az xarici ətbuata istinadən xəbər verir ki, musiqiçinin maşını şossedə sürüşərək aşıb.
Reperin sözlərinə görə, buna səbəb yağış səbəbindən yolun sürüşkən olması olub. Qəzadan sonra Pump pəncərəni özü sındıraraq maşından düşə bilib.
"Uşaqlar, az qala həyatımı itirdim. Allah var! Yağışda maşın sürməyin. Ad günümdə bütün nemətlərə görə Allaha şükür etmək üçün kilsəyə gedirəm", - reper yazıb.