Ukrayna hakimiyyəti MDB çərçivəsində daha bir sazişdən çıxmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə öz Teleqram kanalında hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Melniçuk bildirib ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşlarının təxliyəsi zamanı onların qarşılıqlı fəaliyyəti haqqında Sazişdən çıxmaq haqqında” qanun layihəsi təsdiq edilib.
Sənəd 1996-cı ilin aprelində imzalanıb.