Lənkəranda azyaşlını maşın vurdu

13:52 - 14 Avqust 2025 - HADİSƏ

Lənkəranda azyaşlını maşın vurub.

APA-nın xəbərinə görə, hadisə səhər saatlarında Lənkəran şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Hərəkətdə olan "QAZ-3110" markalı nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub. Azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti