İsrail Qəzza vasitəçilərinin humanitar atəşkəs təklifini rədd edib

19:36 - 14 Avqust 2025 - DÜNYA

İsrail Fələstinin HƏMAS hərəkatı ilə danışıqlarda vasitəçilərin Qəzza zolağında 48 saatlıq humanitar atəşkəsə dair razılaşmanın bağlanması təklifini rədd edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Vasitəçilər İsrailə Qəzza zolağında 48 saatlıq atəşkəs təklifi ilə çıxış ediblər, lakin o, bunu rədd edib", - telekanal mənbədən sitat gətirir. Eyni zamanda, mənbələrin məlumatına görə, vasitəçilər humanitar məqsədlər üçün atəşkəsə nail olmaq üçün İsrailə təsir göstərməyə davam edirlər.

“Asharq al-Awsat” qəzeti, öz növbəsində, HƏMAS hərəkatındakı mənbəyə istinadən xəbər verir ki, vasitəçilərin üzərində çalışdıqları “hərtərəfli razılaşma haqqında” məlumat şişirdilmiş və qeyri-dəqiqdir.
 

Xəbər xətti