Bu gün məktəblərdə "Son zəng" çalınacaq

07:54 - 14 İyun 2025 - Xəbər

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Ucnoqta.az xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.

Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.

Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb:

Xəbər xətti