İmişli sakini qonşusunu güllələdi

16:44 - 14 İyun 2025 - ÖLKƏ İÇİ

İmişli sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib.

Ucnota.az Apa-ya istinadən xəbər verir  ki, İmişli şəhər sakini, 1978-ci il təvəllüdlü Qəhrəmanov Səxavət Mikayıl oğlu ov tüfəngi ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini, 33 yaşlı Elşən Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti