Bakıda kişi onu işə yola salmayan arvadını döydü

15:46 - 12 İyun 2025 - SİYASƏT

Bakıda kişi işə gedərkən onu yola salmadığı üçün həyat yoldaşını döyüb.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 30 aprel 2025-ci il tarixdə səhər saatlarında E.Quliyev (ad şərtidir - red.) həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb həyat yoldaşının işə gedə gedərkən yatılı olması, onu işə yola salmaması olub. Bundan əsəbləşən E. Quliyev həyat yoldaşını yumruqla vurub.

2 uşaq anası olan S.Quliyeva (ad şərtidir - red.) həyat yoldaşını məhkəməyə verib.

E.Quliyev 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə o, ev həbsinə məhkum edilib və elektron qolbaq gəzdirəcək.

Xəbər xətti