Rusiyada təhsil alan MDB ölkələrinin hərbi qulluqçuları və onların ailə üzvləri 2027-ci ilin sonuna qədər əcnəbilərin qeydiyyatı ilə bağlı məcburi prosedurlardan azaddırlar.
Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Beləliklə, 31 dekabr 2027-ci il tarixinədək bu cür hərbi qulluqçular Rusiya Federasiyasının ərazisində məcburi dövlət barmaq izi qeydiyyatından keçmədən, fotoşəkil çəkmədən və tibbi müayinədən keçmək hüququna malikdirlər. Norma onların həyat yoldaşlarına, yetkinlik yaşına çatmayan uşaqlarına - bioloji və övladlığa götürülənlərə də aiddir.