Attestatı pulla satan sinif rəhbərinə XƏBƏRDARLIQ

18:52 - 12 İyun 2025 - Xəbər

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia edilib 

Ucnoqta.az xəbər verir ki, Bakı şəhər Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb. 

Araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Xəbər xətti