AEBA-nın İran əleyhinə qətnaməsi ABŞ-la danışıqları çətinləşdirəcək

20:31 - 12 İyun 2025 - DÜNYA

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının İranı tənqid edən qətnaməsi Tehran və Vaşinqton arasında nüvə danışıqlarını çətinləşdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi respublikanın xarici işlər naziri Abbas Əraqçinin bəyanatına istinadən məlumat yayıb.

“Danışıqlar MAQATE-nin bu yaxınlarda qəbul etdiyi qətnamənin kölgəsində qalacaq və bu, danışıqlar prosesini çətinləşdirəcək. Amma biz İranın hüquqlarını və nüvə sahəsində nailiyyətlərini müdafiə etmək niyyətindəyik”, - Əraqçi deyib.

Xəbər xətti