Vens Maskı Trampla münaqişəni dayandırmağa çağırıb

20:28 - 11 İyun 2025 - DÜNYA

ABŞ-ın vitse-prezidenti J.D.Vens və Ağ Evin aparat rəhbəri Syuzan Uayls İlon Maskı ABŞ prezidenti Donald Trampla münasibətləri bərpa etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vens və Uayls iyunun 6-da Maskla telefon danışığı zamanı gərginliyin azaldılmasına çağırıblar.

Qəzetin qeyd etdiyi kimi, Amerika vitse-prezidenti Trampın tərəfində olub, lakin Maskı tənqid etməyib.

Xəbər xətti