Dünya okeanının səthinin temperaturu tarixi maksimuma yaxınlaşıb

17:51 - 11 İyun 2025 - MARAQLI

May ayında dünya okeanının səthinin temperaturu tarixdə qeydə alınan ikinci ən yüksək həddə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

“2025-ci ilin mayında dünyada dəniz səthinin orta temperaturu 20,79 dərəcə təşkil edib ki, bu da 2024-cü ilin mayında qeydə alınan rekord temperaturdan 0,14 dərəcə azdır”, - ekspertlər bildirib.

Alimlər dünya okeanının səthi temperaturunun yüksək olmasını onunla izah edirlər ki, o, atmosferə atılan karbon qazının 25-30%-ni və artıq istiliyin təxminən 90%-ni udur. Klimatoloqların fikrincə, buna görə də Dünya Okeanı qlobal istiləşmənin əsas təbii əyləci olaraq qalır.

Lakin alimlər bunun dənizlərin ekosistemlərində köklü dəyişikliklərə səbəb ola biləcəyindən ehtiyat edirlər. Xüsusilə, Dünya Okeanının sularının istiləşməsi və turşulaşması mərcan poliplərinin kalsium və karbon turşusu ionlarını tutmasına mane olur ki, bu da mərcan riflərinin məhvinə səbəb ola bilər. Klimatoloqlar həmçinin bu proseslərin təkhüceyrəli yosunların çoxalmasını sürətləndirə biləcəyindən qorxurlar ki, bu da digər dəniz sakinlərinin oksigenlə təchizatını kəskin şəkildə azalda bilər.

Xəbər xətti