Tramp Mask haqqında təəccüblü açıqlama verib

20:40 - 11 İyun 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp deyib ki, texnologiya maqnatı İlon Musk sözlərinə görə peşman olduğunu bildirməsi "çox gözəl"di.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Post” yazır.

İyunun 10-da sahibkar sosial mediada ABŞ liderinə şəxsi hücumlarında "həddindən artıq irəli getdiyini" etiraf edib.

Jurnalistlər Trampdan Maskın onların münaqişəsində səhv etdiyini etiraf etməsinə münasibəti ilə bağlı suala cavab verməsini istəyib.

"Mən onun bunu etməsini çox gözəl hesab etdim" deyə prezident cavab verib.

Xəbər xətti