Kanadalı üzgücü Sammer Makintoş 400 m məsafəyə fərdi qarışıqda yeni dünya rekordu qoydu.
Ucnoqta.az xəbər verir ki, Kanadada keçirilən yarışda 18 yaşlı idmançı məsafəni 4 dəqiqə 23,65 saniyəyə qət edib.
Makintoş 2024-cü ilin mayında göstərdiyi öz rekordunu (4 dəqiqə 24,38 saniyə) üstələyib.
18 yaşlı Makintoş üçqat olimpiya çempionudur, iyunun 8-də 400 metr məsafəyə sərbəst üsulla, 10 iyunda isə 200 metr məsafəyə fərdi qarışıq üzmədə dünya rekordu qırıb. Kanadalı dörd dəfə dünya çempionatlarında qızıl medal qazanıb.