Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında Air India şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın News18 telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Londona 130 sərnişinlə uçmalı idi. Təyyarə qalxdıqdan az sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza yerindən qatı tüstü qalxır. İlkin məlumata görə, təyyarə Meqaninaqar ərazisi yaxınlığında qəzaya uğrayıb.
Digər məlumata görə, təyyarənin göyərtəsində 230 sərnişin olub.
12:41
Hindistanda təyyarə qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Məlumata görə, Hindistanın qərbindəki Əhmədabad şəhərinin hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.