Şimali Koreya Cənubi Koreya ilə sərhəddə təbliğatı dayandırıb

08:03 - 12 İyun 2025 - DÜNYA

Şimali Koreya cümə axşamından etibarən iki ölkə arasındakı sərhəd bölgəsində səsucaldanlar vasitəsilə cənuba doğru təbliğat yayımını dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Renhap agentliyi hərbi rəsmilərə istinadən məlumat yayıb.
Agentliyin bir gün əvvəl xəbər verdiyi kimi, Cənubi Koreya hakimiyyəti ikitərəfli münasibətləri yaxşılaşdırmaq məqsədilə KXDR ilə sərhəddə səsgücləndiricilər vasitəsilə Pxenyanı tənqid edən proqramların yayımını dayandırıb.
Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi bildirib ki, qərar Koreya yarımadasında Koreyalararası etimadı və sülhü bərpa etmək vədini yerinə yetirmək səylərinin bir hissəsi kimi qəbul edilib.

Xəbər xətti