Rusiya ilə NATO arasında bufer zonası hər iki tərəf üçün sülhü təmin edə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib.
"Gələcək haqqında danışmaq lazımdır. Müharibədən əvvəlki bufer zona konsepsiyasına qayıtmalıyıq. Yaxşı olar ki, NATO ilə Rusiya arasında həm NATO, həm də Rusiya üçün sülhə zəmanət verən bölmə olsun", - Orban bildirib.