Rumıniyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

16:08 - 10 İyun 2025 - DÜNYA

Rumıniyanın kommunist rejiminin süqutundan sonra ilk prezidenti İon İliyeskunun səhhəti pisləşdiyi üçün paytaxt xəstəxanasına yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Digi24” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İliyesku reanimasiya şöbəsinə yerləşdirilib. Sabiq prezidentin vəziyyəti və xəstəxanaya yerləşdirilmə səbəbləri barədə məlumat verilmir.

95 yaşlı İliyesku Rumıniyada 1989-cu ilin dekabrında Nikolae Çauşesku totalitar rejiminin süqutu nəticəsində hakimiyyətə gəlib.

O, üç dəfə - 1989-1992-ci illərdə Milli Qurtuluş Cəbhəsi Şurasının sədri, 1992-1996-cı illərdə, 2000-2004-cü illərdə isə ölkənin seçilmiş prezidenti kimi Rumıniya dövlətinin başçısı olub.

Onun barəsində iki cinayət işi üzrə də istintaq aparılır. İliyesku 1989-cu ilin dekabr hadisələri zamanı hərbçilərlə birlikdə Rumıniyada “terror psixozunu” təşkil etməkdə ittiham olunur.

Xəbər xətti