"Manşet.az" xəbər portalı bu gün dörd yaşını qeyd edir.
Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri oxuculara təqdim edir. "Manşet.az"ın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində, sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Saytın təsisçiləri tanınmış jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.
Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir. Gündəmin nəbzini tutan, özəl açıqlamaları və müsahibələri ilə seçilən “Manşet.az” təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan oxucular tərəfindən də izlənir.
Ucnoqta.az "Manşet.az"ın kollektivini təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır!