İsrailin Qəzzaya zərbələri nəticəsində 70 nəfər həlak olub

07:27 - 11 İyun 2025 - DÜNYA

Çərşənbə axşamı İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail əsgərləri Netzarim keçid məntəqəsi yaxınlığındakı humanitar yardım paylama mərkəzində ərzaq bağlamaları almağa gözləyən izdihamı atəşə tutub və nəticədə 12 yaşlı uşaq da daxil olmaqla azı 20 nəfər həlak olub.

Xəbər xətti